Dr. Vüsalə Rüstəmova — mama-ginekoloq, cərrah-ginekoloq

Bakı · Baku Medical Plaza — Medilux filialı

Dr. Vüsalə Rüstəmova — mama-ginekoloq, cərrah-ginekoloq

Hamiləliyin və riskli hamiləliklərin təqibi, təbii doğuş və keysəriyyə, sonsuzluğun müayinə və müalicəsi, ginekoloji əməliyyatlar. Hər qərar müayinədən sonra, sizinlə birlikdə verilir.

  • Azərbaycan Tibb Universitetinin məzunu (2011)
  • Mama-ginekologiya üzrə rezidentura, ATU (2012–2017)
  • 2012-ci ildən mamalıq və ginekologiya praktikası
  • Kral Hüseyn küçəsi 66B, Nərimanov
Dr. Vüsalə Rüstəmova kabinetində

Həkim haqqında

Mamalıq və ginekologiyada 2012-ci ildən

Dr. Vüsalə Rüstəmova Bakıda çalışan mama-ginekoloq, cərrah-ginekoloqdur. Azərbaycan Tibb Universitetini 2011-ci ildə bitirib, 2012–2017-ci illərdə ATU-nun II mamalıq və ginekologiya kafedrasında rezidentura keçib. 2017-ci ilin dekabrından 2026-cı ilə qədər German Hospital-da çalışıb, hazırda Baku Medical Plaza-nın Medilux filialında qəbul edir.

  1. 2005–2011Azərbaycan Tibb Universiteti, «Müalicə işi» fakültəsi
  2. 2012–2017Mama-ginekologiya üzrə rezidentura, ATU
  3. 2017–2026German Hospital, Bakı
  4. 2026-danBaku Medical Plaza — Medilux filialı

2014–2016-cı illərdə uşaqlıq boynunun xərçəngönü xəstəlikləri, adəti düşüklər və dölün üz anomaliyalarının ultrasəs diaqnostikası mövzularında elmi seminarlarda məruzəçi olub.

Tam bioqrafiya
Dr. Vüsalə Rüstəmova (sağda, eynəkli) əməliyyat zamanı həmkarı ilə
Dr. Vüsalə Rüstəmova əməliyyatxanada (sağda).

Əməliyyatxanada

Qapalı, açıq və vaginal ginekoloji əməliyyatlar

Cərrah mama-ginekoloq kimi qapalı, açıq və vaginal ginekoloji əməliyyatlar aparır. Üsul törəmənin növündən, ölçüsündən və yerləşməsindən asılı olaraq seçilir.

  • Laparoskopik və açıq kistektomiya
  • Histeroskopik polipektomiya və miomektomiya
  • Boru hamiləliyində borunu qoruyan laparoskopik əməliyyat
  • Uşaqlığın artımlarla birgə çıxarılması
  • Endometrial küretaj, konizasiya
  • Vaginoplastika (kolporrafiya), labioplastika
  • Planlı və təcili keysəriyyə
Ginekoloji cərrahiyyə

Yanaşma

Necə işləyir

  • Əvvəlcə dinləmək

    Müayinə şikayətin, hamiləlik və doğuş tarixçəsinin, əvvəlki analiz və əməliyyatların dinlənilməsi ilə başlayır.

    «Həkim otağından çıxan xəstə, hələ dərman qəbul etmədən özünü 50% sağalmış hiss edirsə, bu bir həkimin ən böyük uğurudur.»

    Dr. Rüstəmovanın peşə prinsipi
  • Müayinəni yarımçıq buraxmamaq

    Ultrasəs təkbaşına hər şeyi göstərmir: uşaqlıq boynundakı dəyişikliklər güzgü müayinəsi və yaxma olmadan görünmür.

  • Mümkün olanda orqanı qorumaq

    Sonsuzluq və boru hamiləliyi hallarında məqsəd reproduktiv funksiyanı qorumaqdır; qərar müayinə və əməliyyat zamanı tapılan vəziyyətə görə verilir.

  • Hər addımı izah etmək

    Qorxu çox vaxt məlumatsızlıqdan yaranır; xüsusən uzun sürən müalicələrdə harada olduğunuzu bilmək prosesi asanlaşdırır.

İlk qəbul

İlk qəbula gəlməzdən əvvəl

  1. Qəbula yazılın

    WhatsApp və ya zəng vasitəsilə uyğun vaxt razılaşdırılır.

  2. Şikayətinizi danışın

    Söhbət, hamiləlik və doğuş tarixçəsi, əvvəlki analiz və əməliyyatlar.

  3. Müayinə və ultrasəs

    Lazım olduqda analiz və əlavə müayinələr planlaşdırılır.

  4. Plan və növbəti addım

    Nəticələr izah olunur, variantlar birlikdə müzakirə edilir.

Özünüzlə gətirin

  • Əvvəlki analiz və ultrasəs nəticələri
  • Əməliyyat çıxarışları
  • Qəbul etdiyiniz dərmanların siyahısı
  • Son aybaşının başlama tarixi

Suallar

Tez-tez verilən suallar

Qəbula necə yazıla bilərəm?

Zəng edərək və ya WhatsApp-da yazaraq — saytdakı zəng və WhatsApp ikonları birbaşa əlaqə açır. Qəbul saatları əvvəlcədən razılaşdırılır. Saytdakı «Qəbula yazıl» forması da mesajı WhatsApp-da hazırlayır.

Dr. Vüsalə Rüstəmova hazırda harada qəbul edir?

Bakıda, Baku Medical Plaza-nın Medilux filialında (Qadın xəstəlikləri və doğum şöbəsi) — Kral Hüseyn küçəsi 66B, Nərimanov rayonu. Xəritə və yol təsviri — Əlaqə səhifəsində.

Hamiləliyi öyrənən kimi nə etməliyəm?

İlk qəbula yazılın: tarixçə götürülür, ultrasəs aparılır, analizlər planlaşdırılır.

Hamiləliyin təqibi

Nə vaxt sonsuzluq müayinəsinə başlamaq lazımdır?

Bir il ərzində (35 yaşdan yuxarı — altı ay) hamiləlik olmursa.

Sonsuzluğun müayinə və müalicəsi

Bütün suallar

Ünvan

Baku Medical Plaza — Medilux filialı

Kral Hüseyn küçəsi 66B, Nərimanov rayonu, Bakı

Qəbul saatları əvvəlcədən razılaşdırılır.

Əlaqə və xəritə

Xəritə Google Xəritə xidməti ilə göstərilir

Göstərmək üçün razılıq verin. Bu zaman Google brauzerinizdən məlumat (IP ünvanı, kukilər) ala bilər.

Google Xəritədə açın

Saytda axtarış

Menyu