Qəbulda ən çox soruşulanlar

Ən çox verilən suallar

Qəbulda ən çox təkrarlanan sualların qısa cavabları. Ətraflı izahlar müvafiq səhifələrdədir.

Qəbul və əlaqə

Dr. Vüsalə Rüstəmova hazırda harada qəbul edir?

Bakıda, Baku Medical Plaza-nın Medilux filialında (Qadın xəstəlikləri və doğum şöbəsi) — Kral Hüseyn küçəsi 66B, Nərimanov rayonu. Xəritə və yol təsviri — Əlaqə səhifəsində.

Qəbula necə yazıla bilərəm?

Zəng edərək və ya WhatsApp-da yazaraq — saytdakı zəng və WhatsApp ikonları birbaşa əlaqə açır. Qəbul saatları əvvəlcədən razılaşdırılır. Saytdakı «Qəbula yazıl» forması da mesajı WhatsApp-da hazırlayır.

Qəbula özümlə nə gətirməliyəm?

Əvvəlki analiz və ultrasəs nəticələrini, əməliyyat çıxarışlarını, qəbul etdiyiniz dərmanların siyahısını və son aybaşının başlama tarixini.

Qəbula həyat yoldaşımla gələ bilərəmmi?

Bəli. Sonsuzluq müayinəsində cütlüyün birgə gəlməsi xüsusilə tövsiyə olunur.

Bölgədə yaşayıram. Həkim regionlarda qəbul edirmi?

Həkim regionlarda səyyar qəbul da keçirib (məsələn, 2026-cı ilin avqustunda Sabirabadda). Belə səfərlər olarsa, tarixləri həkimin Instagram səhifəsində elan olunur; Bakıda qəbul vaxtı isə əvvəlcədən razılaşdırılır.

Gecə və ya bayram günü doğuş başlasa nə olacaq?

Doğuş başladıqda klinikaya müraciət edin; doğuşa həkimin özünün qatılması əvvəlcədən razılaşdırılır.

Saytdakı məlumat həkim müayinəsini əvəz edirmi?

Xeyr. Saytdakı mətnlər ümumi maarifləndirmə məqsədi daşıyır.

Hamiləlik

Hamiləliyi öyrənən kimi nə etməliyəm?

İlk qəbula yazılın: tarixçə götürülür, ultrasəs aparılır, analizlər planlaşdırılır.

Hamiləliyin təqibi

Vaginal ultrasəs düşüyə səbəb olurmu?

Xeyr, təhlükəsiz müayinədir.

Hamiləlikdə miflər və səhvlər

Testim müsbətdir, amma döl kisəsi görünmür. Bu pisdirmi?

Aybaşı cəmi bir həftə gecikibsə, normal ola bilər; XQ 48 saat ara ilə iki dəfə yoxlanılır.

Test müsbətdir, döl kisəsi görünmür

İkili test riskli çıxdı. Nə etməliyəm?

Qərara tələsməyin; dəqiqləşdirici müayinənin nəticəsini gözləyin.

Hamiləlikdə skrininq testləri

Preeklampsiyanın riskini erkən bilmək olarmı?

Bəli, 11–13-cü həftələrdə təzyiq və doppler ilə risk qiymətləndirilə bilər.

Preeklampsiya

Sidikdə zülal varsa yumurta yemək olarmı?

Bəli, əksinə, keyfiyyətli zülala ehtiyac artır.

Hamiləlikdə qidalanma

Doğuş

Doğuş üsulunu kim seçir?

Həkimlə birlikdə, hamiləliyin gedişinə görə.

Doğuş: təbii doğuş və keysəriyyə

Keysəriyyədə hansı anesteziya daha yaxşıdır?

Tibbi maneə yoxdursa, adətən spinal anesteziya.

Spinal yoxsa ümumi anesteziya

Yalançı sancıları həqiqi sancılardan necə ayırım?
Təkrar keysəriyyədə iki çapıq qalacaqmı?

Adətən köhnə çapıq götürülür və bir çapıq qalır.

Keysəriyyə

Keysəriyyədən sonra nə vaxt ayağa qalxmalıyam?

Mümkün qədər tez — erkən gəzmək bitişmələrin qarşısını almağa kömək edir.

Keysəriyyədən sonra ilk günlər

Sonsuzluq

Nə vaxt sonsuzluq müayinəsinə başlamaq lazımdır?

Bir il ərzində (35 yaşdan yuxarı — altı ay) hamiləlik olmursa.

Sonsuzluğun müayinə və müalicəsi

Həyat yoldaşım da müayinə olunmalıdırmı?
Boru filmi (HSQ) ağrılıdırmı?

Qısamüddətli diskomfort ola bilər; venadaxili anesteziya ilə də aparıla bilər.

Histerosalpinqoqrafiya (boru filmi)

Endometrioid kistam var, hamiləlik planlaşdırıram. Əməliyyat olunmalıyam?

Qərar reproduktiv planla birlikdə verilir.

Endometrioid kista nə zaman əməliyyat olunmalıdır

Ginekoloji sağlamlıq

Müayinədən əvvəl nə etməməliyəm?

24–48 saat əvvəl cinsi əlaqədən, vaginal şam və gellərdən, yumadan və tampondan çəkinin.

Ginekoloji müayinə və skrininq

Ultrasəs normaldırsa ginekoloji baxış lazımdırmı?

Bəli — ultrasəs uşaqlıq boynunu göstərmir.

Ginekoloji müayinə və skrininq

CA-125 yüksək çıxıb. Bu xərçəngdirmi?

Özlüyündə xərçəng demək deyil.

CA-125 yüksəkdir

Spiral aybaşının neçənci günü qoyulur?

Ən rahat vaxt ilk 7 gün, xüsusilə 3–5-ci günlər.

Spiral (UDV) və kontrasepsiya

Menopauzadan sonra ləkələnmə oldu. Gözləyə bilərəmmi?

Xeyr, araşdırılmalıdır.

Uşaqlıq qanaxmaları

Polipi dərmanla müalicə etmək olarmı?

Xeyr; şikayət yaradan polip histeroskopik yolla götürülür.

Endometrium polipi

Əməliyyatlar

Laparoskopiya açıq əməliyyatdan həmişə yaxşıdırmı?

Hər halda deyil.

Ginekoloji cərrahiyyə

Əməliyyatdan sonra nə vaxt hərəkət etməliyəm?

Mümkün qədər tez.

Ginekoloji cərrahiyyə

Mioma mütləq əməliyyat olunmalıdırmı?

Xeyr; çoxu yalnız müşahidə olunur.

Uşaqlıq mioması

Cavablar ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.

Saytda axtarış

Menyu